Moskva ilə Pekin arasında strateji əlaqələr misli görünməmiş inkişaf səviyyəsindədir.
APA “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rio-de-Janeyroda keçirilən G20 sammiti çərçivəsində Çinin xarici işlər naziri Vanq İ ilə görüşündə deyib.
Lavrov vurğulayıb ki, iki böyük dövlət arasında bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq modeli digər həmfikir dövlətlər üçün cəlbedicidir.
“Bu, BRİKS-in fəaliyyətində özünü göstərir. Platformada Rusiya sədrliyinə göstərdiyiniz köməyə görə çinli dostlarıma bir daha minnətdarlığımı bildirmək istəyirəm”, - diplomat qeyd edib.