Lavrov İrəvanda üçtərəfli bəyannamənin icrasını müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyunun 8-9-da İrəvana baş tutacaq səfəri zamanı 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyannamənin müddəalarının yerinə yetirilməsi müzakirə olunacaq.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova brifinqdə jurnalistlərə bildirib.

Məlumata görə, səfər çərçivəsində S.Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Baş naziri Nikol Paşinyan və Prezident Vaaq Xaçaturyan ilə görüşəcək.

08.06.2022 14:08
531