Lavrov gəldiyi üçün 4 nazir sammitdən imtina etdi

Polşanın xarici işlər naziri Şimon Şinkovski Vel Senk ATƏT-in Makedoniyanın paytaxtı Skopyedə keçirilən xarici işlər nazirlərinin iclasında iştirakdan imtina edib. Buna səbəb Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşdə iştirakı olub.

Musavat.com axar.az-a istinadən bildirir ki, bununla bağlı Polşa mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Baltikyanı ölkələrin xarici işlər nazirləri də eyni səbəbdən Skopye görüşündə iştirakdan imtina edib.

30.11.2023 18:12
1352