Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov və Ermənistanın yeni səfiri Ermənistan-Rusiya münasibətlərini müzakirə ediblər.
Musavat.com bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sergey Lavrov Qurgen Arsenyanı bu yaxınlarda məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona ölkələr arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb. Görüşdə regional gündəliyin bəzi məsələləri də müzakirə olunub.
Musavat.com