Lavrov: "ABŞ öz qarşısına bu vəzifəni qoyub"

"ABŞ öz qarşısına Asiyanı tabe etmək vəzifəsi qoyub".

Musavat.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi siyasi müzakirəsində deyib.

"Qərb hər yerdə blok qarşıdurması şəklində bölücü xətlər tətbiq edir: "ya bizimlə, ya da bizə qarşı". Üçüncü yol, güzəştlər yoxdur", - Lavrov qeyd edib.

24.09.2022 23:16
964