Latviyanın sabiq Prezidenti: Bakı Qlobal Forumunun tərkibinin daha da genişlənəcəyini gözləyirəm

“Mən gələcək forumların da heyət tərkibi baxımından daha da genişlənəcəyini gözləyirəm”.

APA xəbər verir ki, bunu Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa deyib.

“Hazırkı baş nazirlər, prezidentlər və keçmiş hökumət və dövlət başçıları bu Forumda iştirak edir, yüksək səviyyəli müzakirələr keçirilir”, - o bildirib.

09.03.2023 22:45
423