Latviya prezidenti İlham Əliyevə başsağlığı verdi

Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevə Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

Musavat.com xəbər verir ki, prezidentlər Davos forumu çərçivəsində görüşüblər.

Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib.

21.01.2025 12:43
470