Latviya Prezidenti: “Aqressiyalara dözülməməlidir və cəzasız qalmamalıdır”

“Rusiyanın Ukraynaya aqressiyasına beynəlxalq səviyyədə ilk dəfədir ki, reaksiya verilir. Biz icazə verməməliyik ki, qəbul edilmiş standartlar pozulsun”.

“Report”un xəbərinə görə, bunu Latviya Prezidenti Egils Levits X Qlobal Bakı Forumu çərçivəsində “Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri” mövzusunda keçirilən ilk panel iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq hüquq dünya sülhünün təməlidir:

“Beynəlxalq hüquq həm də bütün səviyyələrdə təmin edilməlidir. Aqressiyalara dözülməməlidir və cəzasız qalmamalıdır. İlk öncə hərbi, iqtisadi və s. dəstək olmalıdır”.

09.03.2023 19:34
316