Larisa Dolina dövlətdən kömək istəyir - Müğənni ölümlə hədələnir

Müğənni Larisa Dolina onu və ailəsini dövlət himayəsinə götürməyi xahiş edib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, sənətçi Moskva polisinin rəisinə müraciət edərək mənzilinə mühafizəçilərin yerləşdirilməsi xahişi ilə müraciət edib.

68 yaşlı ifaçı bildirib ki, avqustun sonunda ona hədə-qorxu dolu mesajlar gəlməyə başlayıb və ondan mənzilini boşaltması tələb olunub. Eyni zamanda, təcavüzkarlar Dolinanın ailəsini ciddi şəkildə yaralayacaqları ilə hədələyir və bütün tələbləri yerinə yetirmədiyi təqdirdə onunla haqq-hesab çəkəcəklərini vəd edirlər. Sənətçinin təhdid aldığı hesab Pavel Kurenkovun adına qeydiyyatdan keçib və əsas profil şəkli Dolinanın avtomobilinin şəklidir.

Hadisə ilə bağlı cinayət işi açılıb, müğənninin mənzilinə həbs qoyulub.

Münaqişənin məğzi ondan ibarətdir ki, müğənninin iddiasına görə, bir müddət əvvəl naməum maklerlər Dolinanın bahalı evini satışa çıxarıblar və ev ucuz qiymətə satılıb. Mənziln yeni sahibi Polina Luri adlı şəxs olub. O, “yeni ev”inə köçmək istəyəndə münaqişə yaranıb. Sənətçi Lurini ehtiyatsızlıqda, fırıldaqçılarla sövdələşməyə getməkdə ittiham edib. Müğənni mənzilinin alıcısının paytaxtda daşınmaz əmlakın niyə belə ucuz qiymətə satılması ilə maraqlanmalı olduğunu bildirib.

P.Luri də Dolinaya qarşı əks-iddia qaldırıb və evi qanun-qaydayla tədarük etdiyini bildirib. Sənətçinin ifadəsinə görə, o, təkcə hüquq-mühafizə orqanlarına güvənmir, həm də məqsədinə məsələyə kriminal ünsürləri qatmaqla çatmağa çalışır.

Hüquqşünas İlona Quskova qeyd edib ki, sənətçi fırıldaqçıların təzyiqi ilə sövdələşməyə getdiyini sübut etsə, əmlakını geri ala biləcək. Bunun üçün Dolina hüquq-mühafizə orqanlarına dələduzlardan gələn bütün telefon zənglərini və məktubları göstərməli olacaq. Eyni zamanda, mənzilin yeni sahibi də sövdələşmənin etibarsız sayılmasından sonra, yəqin ki, xərclədiyi pulun qaytarılmasını müğənnidən tələb edəcək.

Musavat.com

03.09.2024 13:13
741