Lalə Prezidentin ona bağışladığı evdən DANIŞDI: “Köçəri həyat yaşayırdım”

Əməkdar artist Lalə Məmmədova Prezident İlham Əliyev tərəfindən ona bağışlanan şəhərin mərkəzindəki 3 otaqlı evdən söz açıb.

Bu haqda sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində danışıb.

Lalə Prezidentə dərin minnətdarlığını bu sözlərlə ifadə edib:

“Bu, həyatımda çox böyük işıqlı səhifədir. Bu haqda nə qədər danışsam azdır. Dövlət başçısı mənim kiçik yaradıcılığımı qiymətləndirib. O bilirdi ki, mənim evə çox ehtiyacım var. Artıq neçə illər idi ki, valideynlərimlə birgə yaşayırdım. 3 il bundan əvvəl ad günüm ərəfəsində Cənab Prezidentimiz və Birinci vitse-prezident Mehriban xanım mənə ev hədiyyə etdilər. Hətta mənzilimin təmir olunmasını da öz öhdəliklərinə götürdülər. Nə desəm belə onlara olan minnətdarlığımı ifadə edə bilməyəcəyəm. Evin çox gözəl aurası var. Evimə daxil olan hər kəs bunu hiss edir. İki qızımla yeni bir mərhələyə addımladıq. O evdə hər kəsin yeri məlum oldu. Rahat olduq. Elə bil mənə dedilər ki, get, indi rahat məşğul ol yaradıcılığınla. Mən də “Darıxmışam” albomunu və klipləri təqdim etdim. Bir sənətçinin öz küncünün olması çox vacibdir. Ona qədər köçəri həyat yaşayırdım, iynə üstündə idim. Bunu evi olmayan insanlar çox gözəl anlayar”.//Bizim.Media

04.01.2024 04:21
2147