Aparıcı Lalə Azərtaş 6 yaşlı qızına spirtli içki içdirən ata ilə bağlı polisə müraciət edib.
Musavat.com axşam.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında paylaşım edib. O, hüquq-mühafizə orqanlarından bununla bağlı tədbir görülməsini xahiş edib:
"Dəhşət içindəyəm. Anasının iddiasına görə, 6 yaşlı körpə atası tərəfindən içizdirilir. İçki içdikdən sonra uşağa tütün məmulatları çəkdirilir. Bir valideyn kimi bu videonu görəndən sonra həmin insanı paramparça etmək istəyirsən. İnanıram ki, aidiyyəti qurumlar bu görüntülərdən sonra dərhal hərəkətə keçəcəklər. Adam özü video çəkərək yaxınlarına göndərir ki, yaxın günlərdə qızımla mən qara torpaq altına gedəcəyik. Xahiş edirəm, bu uşağın həyatını birlikdə xilas edək".