Laçındakı avtoqəzada yaralanan hərbçilər var

Xəbər verdiyimiz kimi, bu gün Laçında hərbi nəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində iki hərbi qulluqçumuz həlak olub.

Hadisə vaxtı avtomobildə olan daha bir neçə hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar dərhal yaxın rayonlarda yerləşən xəstəxanalara çatdırılıblar.

Faktla bağlı cinayət işi başlanıb./Qafqazinfo

04.01.2024 19:34
737