Laçında qəzada xəsarət alan şəxs ÖLDÜ

Laçında 3 gün əvvəl yol qəzası nəticəsində xəsarət alan şəxs ölüb.

İyunun 1-də Laçının Hacısamlı kəndi ərazisində "Mitsubishi" markalı avtomobilin qum təpəsinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri Rafiq Əliyev bu gün Bərdə mərkəzi rayon xəstəxanasında vəfat edib.

Faktla bağlı araşdırma aparılır.//APA

04.06.2025 13:29
520