Laçında ağır qəza: Üç nəfər öldü - VİDEO

Laçın rayonunun Qarakeçdi kəndi yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, "Mercedes" markalı minik avtomobili hərəkət zamanı idarəetməni itirərək aşıb.

Qəza nəticəsində üç nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.//Oxu.az

27.07.2025 00:56
947