Laçında 36 milyonluq layihənin icrasına başlanılır

Laçın rayonunun Bəylik yaşayış məntəqəsində abadlıq, quruculuq, bərpa və yenidənqurma işlərinə başlanılır.

Musavat.com İqtisadiyyat.az-a istinadla xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı hazırlıqlara start verib.

Qeyd edilib ki, yaşayış məntəqəsində birinci mərhələdə 91 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub.

Eyni zamanda, yaşayış məntəqəsinin sahədaxili elektrik, su təchizatı, kanalizasiya, suvarma və parkın suvarma sistemi, qaz təchizatı, yol-küçə, abadlıq və yaşıllaşdırma işləri aparılacaq.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu sözügedən işlərin 36,1 milyon manata başa gələcəyini ehtimal edir.

29.05.2024 09:50
1008