Bakı-Laçın-Bakı reysi üzrə müntəzəm sərnişindaşıma xidməti oktyabrın 30-dan müvəqqəti olaraq Yevlax-Xocalı-Laçın yolu ilə təşkil olunacaq.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, buna səbəb Xudafərin-Qubadlı-Laçın yolunun Həkəri çayının kənarı boyu müvəqqəti yol sahəsinin təqribən 15 km-lik hissəsində aparılan əlavə təmir işləri və yol sahəsi üzrə müəyyən konfiqurasiya dəyişikliyinin aparılmasıdır.
Musavat.com