Laboratoriyda hazırlanan süni toyuq ətinin satışına icazə verildi

ABŞ-də Kənd Təsərrüfatı Nazirliyi labaratoriyada hazırlanan toyuq ətinin satışına icaz verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, "Upside Foods" ve "Good Meat" şirkətlərinin nümayəndələri artıq insanların heyvan hüceyrələrindən hazırlanan əti asanlıqla istehlak edə biləcəklərini deyiblər.

Süni toyuq əti ilk dəfə ABŞ-nin paytaxtı Vaşiqntonda Dominique Crenn adlı aşpazın restoranında satışa təqdim ediləcək.

Bununla da ABŞ Sinqapurdan sonra süni ətin satılmasına icazə verən ikinci ölkə olub.

23.06.2023 01:30
1247