Pakistanın Kvetta şəhərində dəmiryolu vağzalında baş verən partlayış nəticəsində 21 nəfər ölüb, 30 nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə Geo TV məlumat yayıb.
Telekanalın məlumatına görə, partlayış adətən çoxlu sayda insanın toplandığı və qatarın yola düşməsinə az qalmış kassanın yaxınlığında baş verib. Yaralılar şəhər xəstəxanasına çatdırılıb, burada fövqəladə vəziyyət elan edilib — əlavə həkim və yardımçı personal ora çağırılıb.
Yerli rəsmilər bildiriblər ki, bir neçə yaralının vəziyyəti ağırdır və buna görə də, ölənlərin sayı arta bilər. Polis nümayəndəsinin sözlərinə görə, partlayış kamikadze tərəfindən törədilib. Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.