Küveytdə nəhəng neft yatağı aşkarlandı

Küveyt Neft Korporasiyası (KPC) Küveytin Failaka adasının şərqindəki Əl Nohata yatağında ehtiyatları 3,2 milyard barel qiymətləndirilən nəhəng neft yatağı aşkarladığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

KPC-nin baş direktoru Şeyx Nəvaf Səud Nasir Əl Sabah şirkət tərəfindən "X" səhifəsində yerləşdirilmiş videoda qeyd edib ki, yatağın ehtiyatları ölkənin bütün hasilatının 3 illik həcminə bərabərdir.

Musavat.com

14.07.2024 19:01
1294