Kütləvi istefalar BAŞLADI - Bu partiyanın 41 üzvü...

Türkiyədəki müxalif İYİ Partiyada kütləvi istefalar olub.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, 41 nəfər siyasətçi sözügedən partiyadan istefa verib. Onlardan ikisi – Dursun Ataş və Ümit Özlale millət vəkilidir.

Siyasətçilərin bu qərarlarının səbəbləri hələ məlum deyil./Report

14.09.2024 17:57
13586