Noyabrın 28-i gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisində kütləvi dava olub.
Musavat.com DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.