“Kurtlar vadisi”nin Elifi ilə bağlı XƏBƏR VAR

9 il sonra sənətə qayıdan "Kurtlar vadisi"nin cazibədar aktrisası Özgü Namal bu dəfə filmdə rol alacaq.

Musavat.com baku.ws-ə istinadən bildirir ki, aktrisanın yeni layihəsi "Sarı Zarflar" adlanır.

Kulislərdə yayılan məlumatlara görə, Özgü ekran işində teatr aktrisası Deryanı canlandıracaq. Filmdə Namalın tərəf müqabili həmkarı Tansu Biçer olacaq.

Filmin çəkilişləri iyulda yekunlaşacaq. Xatırldaq ki, Özgü Namal karyerasına 9 il ara vermişdi.

O 9 ildən sonra ilk dəfə qalmaqallı "Kızıl qoncalar" serialına çəkildi. Burada aktrisanın tərəf müqabilin müğənni-aktyor Özcan Denizdir.

Hazırda ekran işi mövsüm finalına çıxıb.

19.06.2024 20:38
3792