"Kurtlar vadisi" serilanda canlandırdığı "Elif" obrazıyla sevilən aktrisa Özgü Namalın yeni layihəsindəki tərəf müqabilinin kimliyi açıqlanıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa ekran işində müğənni Özcan Denizlə çəkiləcək.
Məşhurları bir araya gətirən layihə "Kızıl goncalar" serialıdır. Ekran işinin rejissoru Faruk Turgutdur. Lahiyənin xeyli səs-küyə səbəb olcağı bildirilir.
Qeyd edək ki, Özgü Namal son olaraq 2014-cü ildə final edən "Merhamet" serialında rol alıb. O, bir müddət "Yetenek sizsiniz Türkiye" telelayihəsində də yer alıb.