2003-cü ilin yanvar ayından yayımlanaraq qısa zamanda Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə sevilərək izlənən "Kurtlar Vadisi" serialının yenidən ekranlara qayıtması ilə bağlı iddialara aydınlıq gətirilib.
Milli.Az xəbər verir ki, "Panafilm"dən verilən açıqlamada bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Paylaşımda qeyd olunub ki, bu tip məlumatlar barədə ən dəqiq məlumatı Necati Şaşmaz deyə bilər. Qalan informasiyalar saxtadır.
Qeyd edək ki, bir müddətdir ki, "Kurtlar Vadisi" serialının yenidən ekranlara qayıtması ilə bağlı məlumatlar yayılıb. Ekran işinin "Exxen"də yayımlanacağı qeyd olunub.