Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin 2 tankı, 2 minaatan və artilleriya qurğusu sıradan çıxarılıb. Bunu “Əhməd” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov deyib.
O, qarşı tərəfin böyük itkilər verdiyini, xeyli canlı qüvvəsinin zərərsizləşdirildiyini bildirib.
Rusiya işğalçı qüvvələrinin isə Ukraynanın Pokrovsk şəhəri istiqamətində irəliləyişi xeyli zəifləyib.
Ukrayna mətbuatı xəbər verir ki, rus ordusu Pokrovska yaxın yaşayış məntəqəsində ötən gün cüzi irəliləyiş əldə edə bilib.
“DeepState” layihəsinin bildirdiyinə görə, rusların irəliləməsi Pokrovsk şəhərindən təxminən 30 kilometr aralıda yerləşən Pokrovsk rayonunun Ukrainsk qəsəbəsində qeydə alınıb. Sırf Pokrovska yaxın mövqelərdə isə irəliləyiş yoxdur. Əlavə edilir ki, Rusiya ordusunun irəliləməsi həmçinin, Krasnoqorovka şəhəri yaxınlığında müşahidə olunub.
TV Musavat-ın saat 12:00-da canlı yayımlanan "Həftə içi" verilişində aparıcı Emil Salamoğlunun suallarını siyasi şərhçi Fikrət Fəraməzoğlu cavablandırır.
Youtube səhifəsinin ünvanı: