"Biz hazırda Rusiya-Ukrayna müharibəsində proseslərə ciddi təsir edəcək hadisələri izləyirik. Ən azından ikinci dünya müharibəsindən sonra Zelenski ilk şəxsiyyətdir ki, qoşunlarını Rusiya ərazisinə yeridə bilib. Bu, çox önəmli bir məsələdir. Bu addım Putin hakimiyyətini alçaltmağa, rus ordusu haqqında yaradılan mifləri dağıtmağa yönəlik bir addımdır."
Musavat.com xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində hərbi ekspert Ədalət Verdiyev deyib.
O, Ukraynanın Kursk həmləsindən danışıb və müharibənin daha da qızışacağı ilə bağlı anons verib.
Verilişdən həmin hissəni təqdim edirik.
Musavat.com