Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Şıxımlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü, 67 yaşlı Novruzov Nizami Əlisahib oğlu həmin yolda hərəkətdə olarkən yolu keçmək istəyən Şahsevən kənd sakini 1979-cu il təvəllüdlü Həşimov Mübariz Tofiq oğlunu vurub.
Zərbənin təsirindən piyada aldığı xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.