Kürdəmir rayonunda qrip olduğu üçün xəstəxanaya gətirilən 7 yaşlı uşaq ölüb.
Musavat.com report-a istinadən xəbər verir ki, hadisə iyunun 14-ü saat 12 radələrində qeydə alınıb.
Belə ki, rayonun Cəyli kənd sakini, daun sindromlu 2017-ci il təvəllüdlü Soltanov Soltan Elman oğlu qrip olduğu üçün Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Həkimlərin səyinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Kürdəmir rayonu Cəyli kənd sakini 2017-ci il təvəllüdlü oğlan iyunun 14-də 11:30 radələrində ailə üzvləri tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirilib:
"Azyaşlının həkiməqədər ölüm halı qeydə alınıb".