Kürdəmirdə DƏHŞƏTLİ qəza: Ölən və yaralanan var

Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alan var.

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü 21 yaşlı Mustafayev Nicat Mustafa oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

Nəticədə avtomobildə olan sərnişin Kürdəmir rayon sakini 22 yaşlı Pənahov Orxan Vüsal oğlu elə hadisə yerindəcə dünyasını dəyişib. Sürücü isə ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər sürücünün vəziyyətinin ağır olduğunu bildirirlər.

Hazırda faktla bağlı araşdırma aparılır.\\"Report"

25.08.2024 00:46
946