Kürdəmirdə 63 yaşlı qadın hamam otağında ürəktutmasından dünyasını dəyişib.
Hadisə rayon ərazisində yerləşən hərbi şəhərcikdə qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Həsənova Elfirida Veysəl qızı hamam otağında yuyunarkən qəfildən halı pisləşib və o, xəstəxanaya çatana qədər yolda dünyasını dəyişib.
Hazırda rayonun hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunub və fakt araşdırılır.//Report