Kür çayında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Musavat.com-a Nazirlikdən bildirilib.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

20.07.2025 20:55
404