Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ: Gün ərzində...

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Bu barədə Musavat.com-a Dövlət Dəniz və Liman  Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib. 

Xəbərdarlığa əsasən, bu gün  Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan cənub-şərq,cənub küləyi şimal-qərb, şimal küləyi ilə əvəz olunacaq. Belə ki, gün ərzində küləyin sürətinin  18-23 m/s, arabir 25-30m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün  isə 2.0-3.0m, sonrakı inkişafda 4.0-6.0 m.çatacağı proqnozlaşdırılır.

16.11.2024 13:35
541