Kuleba: Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar qərarı Avropa üçün yeni başlanğıcdır

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Avropa İttifaqı Şurasının qərarına münasibət bildirib.

"Report" xəbər verir ki, Kuleba "X" səhifəsindəki paylaşımında qərarı alqışladığını qeyd edib.

"Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq barədə qərarın verilməsi Ukrayna və bütün Avropa üçün yeni başlanğıcdır. Mən Aİ-yə və bütün liderlərə verdikləri sözü tutduqlarına görə təşəkkür edirəm. Moldovanı da təbrik edirəm".

14.12.2023 23:56
349