Küçük İbo Bakıya gələcək

Türkiyəli müğənni Küçük İbo Bakıya gələcək.

Sənətçi ilk dəfə Heydər Əliyev Sarayının səhnəsində çıxış edəcək.

O, iyunun 3-də rejissor Nail Naiboğlunun təşkil etdiyi "Klip kimi ömür" konsertində yer alacaq.

Nail bildirib ki, İbo ilə 10 ildir dostluq edirlər:

"İbo subaydır. Arada zarafatla deyirəm ki, konsertdə ətrafa nəzər sal, kimisə bəyənsən, səni burada evləndirək. Ol bizim kürəkən. Nə qədər subay gəzəcəksən?"  (Axşam.az)

28.02.2025 08:41
1594