Küçənin ortasında kişilərlə dava etdi - VİDEO

Aktrisa Nilperi Şahinkaya küçənin ortasında tanımadığı kişilərlə mübahisə edib.

Şahinkaya ötən axşam Bebekdə dava edərkən obyektivlərə tuş gəlib. Şahinkaya hirslə yerindən qalxaraq qonşu masaya keçib və kişilərə qışqırıb.

Qarşılıqlı mübahisədə səslər yüksələrkən, araya girənlər sənətçini sakitləşdirməyə çalışıblar. Həmin vaxt videoya çəkildiyini anlayan aktrisa üzünü gizlətməyə çalışıb. Onun görüntüləri sosial şəbəkədə yayılıb. (Axşam.az)

24.08.2024 21:05
1020