Xəbər verdiyimiz kimi, İrəvanın Respublika meydanında Baqrat Qalstanyan rəhbərliyi ilə mitinq keçirilir.
Musavat.com-un məlumatına görə, keşiş Baqrat Qalstanyan bəyanatla çıxış edib.
"Küçədə yalnız bir nəfər - arxiyepiskop Baqrat Qalstanyan qalsa belə, mübarizə davam edəcək",-deyə Baqrat Qalstanyan bildirib.
Qalstanyan İrəvanın mərkəzindəki aksiyada hakimiyyətin etiraz hərəkatı ilə bağlı bəyanatlarını şərh etməyib, sadəcə “küçə xuliqanlarının sözlərinin mənası yoxdur” deyib.
“Qoy onlar öz ağalarına - Əliyevə və Ərdoğana daha yaxşı hesabat versinlər”, - Qalstanyan deyib.
Musavat.com