İstanbulda qəribə cinayət hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, küçədə gəzən şəxs qarşısında gedən bir nəfəri tapança ilə güllələyib.
Ayaqlarından yaralanan şəxs xəstəxanaya çatdırılıb. Polis tərəfindən yaxalanan şəxs ifadəsində "Onu yerişini bəyənmədiyim üçün vurdum" deyib.
Həmin şəxs məhkəməyə çıxarılaraq “qəsdən xəsarət yetirmə” maddəsi ilə həbs edilərək həbsxanaya göndərilib.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
Musavat.com