İstanbulda qızına zorakılıq etdiyi iddia edilən ana ilə ətrafdakı vətəndaşlar arasında yolun ortasında mübahisə düşüb.
Musavat.com xəbər verir ki, ana ona sərt reaksiya verənlərə “o, körpə deyil, 10 yaşındadır” deyə qışqırıb.
Mübahisə zamanı ona reaksiya verənlərə “alın, sizin olsun” deyən ana daha sonra hadisə yerindən uzaqlaşıb. Vətəndaşlar məsələ ilə bağlı polisə xəbər veriblər.
Sözügedən hadisə mobil telefonun kamerası ilə lentə alınıb.
Musavat.com