Aprelin 8-i Bakı şəhərində və paytaxt ətrafında müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb.
Musavat.com xəbər verir ki, onlar xərclərinin çox olduğunu qeyd edib, gediş haqqının qaldırılmasını istəyiblər.
Tarif Şurası isə açıqlama yayaraq bildirib ki, hazırda ictimai nəqliyyatda gediş haqqının dəyişdirilməsi məsələsi gündəmdə deyil.
Bəs paytaxt sakinlərinin bu qiymət artımına münasibətləri necədir? Ümumiyyətlə avtobusların fəaliyyətindən razıdılarmı.
Mövzu ilə bağlı "Tv Musavat"ın əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib, onların fikirlərini öyrənib.
Anar Əhməd, Nərminə Aydın,
Musavat.com