"Kubinka"da gecə neçə ev yanıb? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində baş vermiş yanğında 3 evə ziyan dəyib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Yanğınsöndürmə qərargahın rəisi polkovnik Xudat Nəbiyev bildirib.

“Birmərtəbəli binanın dam örtüyündə yanğın qeydə alınıb. Yanğın təxminən 100 kvadrat metr ərazini əhatə edib. Yanğının söndürülməsinə texnika və şəxsi heyət cəlb olunaraq təxminən 30 dəqiqə ərzində yanğın söndürülüb. Yanğında 3 mənzilə ziyan dəyib, yüngül xəsarət alan 1 sakinə yerində yardım göstərilib” – deyə o qeyd edib.

 

30.11.2022 11:12
931