"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaq?

Azərbaycanda mişar daşı kəskin (kubik) bahalaşıb.

Musavat.com xəbər verir ki, bu barədə qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Əsədov məlumat verib.

Ekspert bildirib ki, mişar daşının qiyməti əvvəlki satış qiyməti ilə müqayisədə 10-15% bahalaşıb:
Ətraflı

"Bunun səbəbi karxanaların fəaliyyəti ilə əlaqədardır. Karxanaların sayı azalıb. Məhdudiyyətlər var".

Xatırladaq ki, mişar daşının bir ədədinin qiyməti 45 qəpik idi, bu gün isə 60 qəpiyə təklif olunur.

29.08.2024 19:55
1341