Kuba Prezidenti İlham Əliyevi təbrik edib

Kuba Prezidenti Migel Dias Azərbaycanın milli bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Musavat.com-un xəbərinə görə, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza səmimi-qəlbdən təbriklərimi çatdırıram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək niyyətimizi bir daha bildirmək istəyirəm.

Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm".

21.05.2025 12:48
297