KTMT-nin hərbi təlimləri başladı - Ermənistan iştirak etmir

Rusiyada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin “Kobalt-2024” hərbi təlimləri başlayıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, Rusiyanın Novosibirsk vilayətində keçirilən təlimlərdə Ermənistan iştirak etmir.

Hərbi manevrlər avqustun 14-dən 16-dək keçiriləcək.

Musavat.com

14.08.2024 18:14
421