Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Birləşmiş Qərargahının Əməliyyat qrupu Ermənistanda fəaliyyətə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Bildirilib ki, qrupa KTMT-yə üzv olan bütün dövlətlərin nümayəndələri daxildir. Bu qrup Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Ermənistana göndərilib.
Qeyd edək ki, qrup Ermənistan-Azərbaycan sərhədində vəziyyəti araşdırır.