KTMT-dən SON DƏQİQƏ İrəvan AÇIQLAMASI

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təşkilatla münasibətlərinin perspektivlərinə aydınlıq gətirəcəyinə ümid edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu KTMT Parlament Assambleyası Şurasının iclasında təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib.

“Ümid edirik ki, respublikanın siyasi rəhbərliyi KTMT ilə əlaqələrə aydınlıq gətirəcək. Bu, bizim assosiasiyamızın bütün iştirakçılarının xeyrinədir. Bundan başqa, Ermənistanın mövqeyi gələcək birgə fəaliyyətin tam planlaşdırılmasına yardım edəcək”, - deyə baş katib bildirib.

Musavat.com

03.06.2024 14:39
1648