“Crocus Citi Hall”da törədilən terror aktı qurbanlarının sayı artıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin açıqlama verib.
Aleksandr Bastrıkin bildirib ki, ölənlərin sayı 139-a çatıb.
"Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların sayı 139 nəfərə çatıb. 40 nəfər güllə yarasından, 45 nəfər isə yanğın səbəbindən ölüb",-deyə verilən açıqlamada bildirilir.
Musavat.com