Kriptovalyuta nəhəngləri sevinc içində: Gələn il hər həftə “şad xəbər” alacaqlar

Donald Trampın ABŞ seçkilərində qalib gəlməsi ilə kriptovalyutalar üçün qızıl dövr başlayıb.

Musavat.com xəbər verir ki, bu fikri "Binance" kriptovalyuta birjasının baş direktoru Riçard Tan "Financial Times"a müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, respublikaçının Ağ Evə qayıtması “kripto sənayesi üçün böyük qələbə” idi və kriptovalyutaların Amerika tənzimləyicilərinin əksəriyyəti tərəfindən tanınmasına səbəb olacaq.

Oxşar nöqteyi-nəzərlə kriptovalyutalar üzrə ixtisaslaşmış digər platformaların rəhbərləri də çıxış edirlər. "Coinbase"in baş direktoru Brayan Armstronq qeyd edib ki, Trampın qələbəsindən sonra “Amerika iqtisadi azadlıq yolunda olacaq”.

“Galaxy Digital” kriptovalyuta şirkətinin qurucusu Maykl Novoqratz hesab edir ki, qarşıdan gələn il hər həftə sənaye üçün xoş xəbərlər görünəcək.

Eyni zamanda ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) keçmiş əməkdaşı Amy Lynch-in fikrincə, Tramp administrasiyası SEC-i deyil, Əmtəə Fyuçers Ticarət Komissiyasını sənayenin əsas tənzimləyicisi edə bilər ki, bu da kriptovalyuta sahəsinin daha yumşaq tənzimlənməsi demək olacaq. "Lynch"ə görə, bu, "böyük fırıldaqçılıq halları” doğura bilər.

Musavat.com

09.11.2024 21:33
397