Kriminal avtoritetin maşını yandırıldı

İrəvanda kriminal avtoritetin avtomobili yandırılıb.

Martın 12-nə keçən gecə saat 02:50-də Daxili İşlər Nazirliyinə Tiqranyan küçəsində avtomobillərin yanması ilə bağlı zəng daxil olub. Hadisə yerinə 2 yanğınsöndürən briqadası yollanıb.

Məlum olub ki, park edilmiş “Cadillac Escalade” yanıb, alov ətrafa yayılaraq qonşuluqda dayanmış “Toyota Prius”a ziyan vurub. Hadisə ilə bağlı Arabkir polis idarəsinin istintaq şöbəsində cinayət işi açılıb, avtomobil sahiblərinin kimliyi dəqiqləşdirilir.

Məlumata görə, “Cadillac Escalade” İrəvan sakini, kriminal aləmdə “Dodaq Arman” kimi tanınan 35 yaşlı Arman A.-ya məxsusdur və hüquq-mühafizə orqanları onun avtomobilinin hücumun hədəfində olmasından şübhələnirlər.//Lent.az

13.03.2024 14:04
1513