Kriminal avtoritet Şişkana ömürlük cəza verildi

Rusiyada hərbi məhkəmənin münsiflər heyətin mütəşəkkil cinayətkar qrup təşkil etməkdə və banditizmdə təqsirli bildiyi Şişkan ləqəbli kriminal avtoritet Oleq Medvedyevi ömürlük həbs cəzasına məhkum edib.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Cinayətkarın 17 ortağı da həbs cəzası alıb. Məhkəmə şərti cəzadan ömürlük cəzaya qədər hökmlər çıxarıb.

Medvedyev və onun əlaltılarının məhkəməsi Moskva şəhər məhkəməsinin binasında keçirilib..

May ayında münsiflər heyəti Medvedyevin başçılıq etdiyi cinayətkar birliyin 18 üzvünü mühakimə edib. Prosesdə təqsirləndirilən 18 nəfərdən 3-ü ev dustaqlığında, qalanları isə istintaq təcridxanasında saxlanılıb. Andlılar heyəti Medvedyevin heç bir güzəştə layiq olmadığı qənaətinə gəlib. Müttəhimlərə cəza kəsilərkən yalnız dörd təqsirləndirilən şəxs məhkəmənin minimal həddən aşağı cinayət cəzası alıb.

Qeyd edək ki, Şişkan “Rusiyanın əsas oğrusu” oğrusu adlandırılır, postsovet məkanının kriminal aləminin bir neçə liderindən biri hesab olunur.

Musavat.com

10.06.2024 14:01
1221