Krımın Belbek aerodromunda güclü yanğın baş verib -VİDEO

Krımın Belbek aerodromunda partlayış səsi eşidilib.

APA UNİAN-a istinadən xəbər verir ki, hadisə ilə əlaqədar aerodrom ərazisində fövqəladə vəziyyət yaranıb.

Xilasedicilərin sözlərinə görə, eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxıb və yanıb. Hazırda hadisə yerində yanğınsöndürmə briqadaları işləyir.

Partlayış səsləri Sevastopolun şimalındakı Lyubimovka kurort ərazisində də eşidilib.

02.10.2022 01:23
779